Ermənistanda çevriliş? - Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? - Rusiyanın adamından ŞOK

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra siyasi mühitdə gərginlik davam edir. "Güclü Ermənistan" blokunun lideri, hazırda ev dustaqlığında olan biznesmen Samvel Karapetyan müxalif qüvvələrin vahid cəbhədə birləşməsi üçün yeni təşəbbüslə çıxış edib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Karapetyan müxalifət düşərgəsindəki parçalanmış qüvvələri koordinasiya etmək üçün ortaq bir şura yaratmağı təklif edib. O, media nümayəndələrinə müsahibəsində bildirib ki, birbaşa yayımlar vasitəsilə ictimaiyyətlə sıx əlaqə qurmaq və mövcud problemləri daha açıq müzakirə etmək lazımdır.

"Seçkilərə qədər bir çox müxalif qüvvələrlə razılığa gələ bilmədik. Lakin hazırkı vəziyyətdə bu birləşmə ölkəmiz və xalqımız üçün həyati dərəcədə əhəmiyyətlidir", - deyə Karapetyan vurğulayıb.

Qeyd edək ki, "Güclü Ermənistan" seçkilərdə parlamentə keçid şansını əldə etsə də, blok hələ də yeni parlamentdə mandatları qəbul edib-etməyəcəkləri barədə yekun qərar verməyib. Eyni zamanda, hakimiyyət nümayəndələri, o cümlədən Baş nazir Nikol Paşinyan müxalifətin parlamentə gəlməsini qanunsuz adlandıraraq, onların siyasi fəaliyyətinin məhdudlaşdırılması üçün sərt bəyanatlar səsləndirib. Müşahidəçilər hesab edirlər ki, Karapetyanın bu çağırışı hakimiyyətin son təhdidlərinə cavab olaraq müxalifətin öz sıralarını sıxlaşdırmaq cəhdidir.