QHT rəhbərinə 8 il cəza verildi - FOTO

QHT rəhbərinə 8 il cəza verildi - FOTO

Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədova 8 il həbs cəzası kəsilib. İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Elşən Vəliyevin sədrliyilə çıxarılan hökmə görə, A.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, cinayət yoluyla əldə edilən vəsaitləri leqallaşdırma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib. Cinayət işində iddia olunur ki, o, aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyib. Bu üzdən həmin vəsaitlər cinayət yoluyla əldə edilən əmlak kimi qiymətləndirilib.

Tarix müəllimi A.Əhmədov Baş Prokurorluqda 2025-ci ilin fevralında qeyri-hökumət təşkilatlarıyla bağlı cinayət işinin icraatı təzələnəndən sonra həbs olunan vətəndaş cəmiyyəti fəallarından biridir. Özü də iyunun 17-də hökmdən öncə məhkəmədə deyib ki, ortada heç bir cinayət yoxdur. Gununsesi.info