Sosial media savaşında gərginlik: Sançezi FAŞİST adlandıran İlon Maska CAVAB

Sosial media savaşında gərginlik: Sançezi FAŞİST adlandıran İlon Maska CAVAB

İspaniya Baş naziri Pedro Sancez və “SpaceX” və “Tesla” şirkətlərinin sahibi, milyarder İlon Mask arasında gərginlik yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bir neçə gün öncə İspaniya Baş naziri Pedro Sançez 16 yaşdan kiçik şəxslərin sosial paylaşım platformalarına girişinin qadağan olunması və bu platformaların rəhbərləri üzərində hüquqi nəzarətin artırılması planlarını açıqlayıb.

Sançez bildirib ki, məqsəd gəncləri sosial medianın “zərərli və nəzarətsiz dünyasından” qorumaqdır. O vurğulayıb ki, platformalar yaş doğrulama sistemləri tətbiq etməli və qanuni məsuliyyət daşımalıdır.

Bu açıqlamalara cavab olaraq Elon Musk, “X” (keçmiş Twitter) üzərindən paylaşım edərək Sançezə sərt tənqid yönəldib. Mask Baş nazir haqqında “gerçək bir faşist totalitar” və “İspaniya xalqına xəyanət edən bir zorba və xain” ifadələrini işlədib.

Sançez isə “belə tənqidlər doğru yolda olduğumuzu göstərir” deyərək, geri addım atmadan gəncləri qorumaq istiqamətində qərarlı olduqlarını bildirib. Baş nazir qeyd edib ki, bu cür hücumlar onları məqsədlərindən yayındıra bilməz və yalnız Mask deyil, digər texnologiya liderlərinin də etirazlarına qarşı mövqelərini qoruyacaqlar.

Beləliklə, İspaniyada sosial media ilə bağlı qanun layihəsi təkcə ölkədaxili müzakirə yaratmayıb, həm də böyük texnologiya şirkətlərinin rəhbərləri ilə siyasi gərginliyə səbəb olub.

Sara Namazlı