Tramp: “Sui-qəsd olsa, İran məhv ediləcək”

Tramp: “Sui-qəsd olsa, İran məhv ediləcək”

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə sərt mesaj verib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Tramp özünə qarşı sui-qəsd təşkil ediləcəyi və ya belə bir cəhdin olacağı təqdirdə ABŞ ordusunun İranı tamamilə məhv etməyə hazır olduğunu bildirib.

ABŞ lideri qeyd edib ki, belə bir ssenari baş verərsə, İrana qarşı indiyədək görünməmiş miqyasda bombardman həyata keçirilməsini istəyəcək.

Trampın bu açıqlaması Vaşinqton və Tehran arasında gərginliyin davam etdiyi bir dövrdə səslənib və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.