Böyük Britaniyanın Baş naziri Kir Starmerin tezliklə istefa verəcəyinə dair yayılan xəbərlər rəsmi dairələr tərəfindən təkzib edilib.
NOCOMMENT.az Sky News-a istinadən xəbər verir ki, Britaniyanın Biznes və Ticarət naziri Piter Kayl sözügedən şayiələrin həqiqəti əks etdirmədiyini bildirib. Nazir vurğulayıb ki, bu cür məlumatlar yalnız əsassız spekulyasiyalardır.
Kayl həmçinin Starmerin idarəetmə qabiliyyəti ilə bağlı irəli sürülən iddialara da kəskin reaksiya verib: "G7 sammiti zamanı onun Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi görüşlər nəticəsində biz çox çətin olan ticarət sazişinin reallaşmasına nail olduq. Belə uğurları hörmət və nüfuzunuz olmadan əldə edə bilməzsiniz".
Nazir əlavə edib ki, Kir Starmer hazırda tamamilə öz işinə və ölkənin maraqlarına köklənib. Bununla belə, Piter Kayl gələcəkdə Leyboristlər Partiyasının lideri seçkilərində Starmerin namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyi barədə sualı cavabsız qoyub.
Əli Səfərli,











