Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

Tovuzda avtomobil mal-qaranı vuraraq aşdı - Xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.