Rusiyanın paytaxtı Moskva şəhərinin şərqində irimiqyaslı yanğın hadisəsi qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata görə, Amur küçəsində yerləşən anbar binalarından birində güclü alovlanma baş verib.
NOCOMMENT.az xəbər verir ki, yanğın qısa müddətdə genişlənərək 300 kvadratmetr sahəni əhatə edib. Hadisə yerinə nazirliyin çox sayda yanğınsöndürən briqadası və xüsusi texnikası cəlb olunub. FHN rəsmiləri anbarda əsasən tikinti-bəzək materiallarının yandığını bildiriblər.
Güclü alov və ətrafa yayılan qatı tüstü dumanı səbəbindən hadisənin baş verdiyi küçədə nəqliyyatın hərəkəti hər iki istiqamətdə tamamilə məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi və alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısının alınması istiqamətində operativ işlər davam etdirilir. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Sara












