TƏCİLİ! İran ABŞ gəmisini vurdu - Müharibə başladı

TƏCİLİ! İran ABŞ gəmisini vurdu - Müharibə başladı

İranın "Fars" xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin silahlı qüvvələri xəbərdarlıqlara məhəl qoymadığı iddia edilən ABŞ-yə məxsus hərbi gəmiyə raket zərbəsi endirib. Hadisənin gəminin İran tərəfi ilə razılaşdırmadan Hörmüz boğazına daxil olmaq istədiyi zaman, Cask limanı yaxınlığında baş verdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, mənbənin iddiasına görə, gəmiyə iki raket isabət edib. Nəticədə gəminin zədələndiyi, kursunu dəyişərək ərazini tərk etməyə məcbur olduğu qeyd edilir. Bununla belə, dəymiş ziyanın miqyası və ekipaj üzvləri arasında mümkün tələfat barədə təfərrüatlar açıqlanmayıb.

Hazırda ABŞ tərəfindən bu məlumatla bağlı rəsmi təsdiq yoxdur və müstəqil mənbələr insidenti hələlik təsdiqləməyiblər.

Bizim Telegram səhifəsinə abunə olun