Dağıstanın müvəqqəti rəhbəri vəzifəsinə Fyodor Şukin təyin olunub.
NOCOMMENT.az əbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
"Dağıstan Respublikasının rəhbəri seçilən şəxs vəzifəyə başlayana qədər Fyodor Vyaçeslavoviç Şukin Dağıstan Respublikasının rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilsin", - sərəncamda qeyd olunub.
Fyodor Şukin buna qədər Dağıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov öz istəyi ilə istefa verib.











