İsrailin Təl-Əviv və Bney-Brak şəhərləri İran tərəfindən həyata keçirildiyi bildirilən raket hücumlarına məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, şəhərlər istiqamətində bir neçə raket buraxılıb və hava hücumundan müdafiə sistemləri işə düşüb. Səma üzərində partlayış səsləri eşidilib, bəzi ərazilərdə dağıntılar barədə məlumatlar yayılıb.
Rəsmi qurumlar sakinlərə təhlükəsizlik qaydalarına əməl etməyi və sığınacaqlarda qalmağı tövsiyə edib. Hücumların nəticələri və mümkün itkilərlə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.
Aliyə
NOCOMMENT.az












