Xorvatiyanın Split hava limanında Almaniyanın Frankfurt şəhərinə yola düşməyə hazırlaşan sərnişin təyyarəsi qəza vəziyyəti ilə üzləşib. "Croatia Airlines" aviaşirkətinə məxsus "Airbus A220-300" tipli təyyarə sürət yığarkən qəfil uçuşu dayandırmalı olub.
NOCOMMENT.az xəbər verir ki, qəfil əyləcləmə səbəbindən hava gəmisinin şassilərindən (təkərlərindən) ətrafa güclü tüstü dumanı yayılmağa başlayıb. İdarəetmədən çıxaraq uçuş-enmə zolağını keçən təyyarə yalnız qazonluq ərazidə dayana bilib. Hadisə zamanı təyyarənin mühərrikinə ciddi ziyan dəyib.
Göyərtədə olan 130 sərnişin və 5 heyət üzvü dərhal təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Sara












