TikTok fenomeninin canlı yayımda qətlə yetirilməsi ilə bağlı DƏHŞƏTLİ DETALLAR

TikTok fenomeninin canlı yayımda qətlə yetirilməsi ilə bağlı DƏHŞƏTLİ DETALLAR

Meksikada gözəllik fenomeni Valeriya Markesin canlı TikTok yayını zamanı qətlə yetirilməsi ilə bağlı aparılan araşdırmada yeni və şokeedici təfərrüatlar məlum olub.

NOCOMMENT.az xəbər verir ki, səlahiyyətlilər hücumun keçmiş sevgilisi ilə yaşadığı ayrılıq səbəbindən kartellə əlaqəli şəxslər tərəfindən sifariş edildiyini istisna etmirlər.

Meksikanın Zapopan şəhərində canlı yayımda öldürülən 23 yaşlı TikTok fenomeni Valeriya Markesin qətli ilə əlaqədar "Jalisco Yeni Nəsil Karteli"nin (CJNG) rəhbər şəxslərindən biri olan Ramon Anxel Alvares Ayala ("El R1") ittiham olunub.

Meksika Təhlükəsizlik Katibi Omar Qarsiya Harfuxun iddiasına görə, "El R1"in oğlu Fransisko Alvares keçmiş sevgilisi olduğu bildirilən Markesin aradan qaldırılması üçün atasından kömək istəyib.

İstintaq materiallarına əsasən, qatil kuryer libasında gözəllik salonuna daxil olub, Markesin şəxsiyyətini dəqiqləşdirdikdən sonra ona atəş açıb. Dəhşətli hücum anı canlı yayımdakı izləyicilərin gözü qarşısında baş verib. Qətldən əvvəl Valeriya Markesin özünü təhlükə altında hiss etdiyini və həyatında yeni səhifə açmaq istədiyini dediyi paylaşımları da üzə çıxıb.

Cinayət işi üzrə araşdırmalar davam edir. Hadisə Meksikada mütəşəkkil cinayətkarlıq və kartellərin təsir dairəsi ilə bağlı müzakirələri yenidən alovlandırıb.