Tramp: ABŞ-nin İranın yeni rəhbərliyi barədə aydın təsəvvürü var

Tramp: ABŞ-nin İranın yeni rəhbərliyi barədə aydın təsəvvürü var

“Vaşinqtonun İranın yeni rəhbərliyi və mümkün yeni lideri barədə “çox yaxşı təsəvvürü” var”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibəsində bildirib.

Ağ Evin rəhbəri İranla bağlı bir sıra sərt bəyanatlar səsləndirib.

O qeyd edib ki, “İrana hücum istədiyimiz müddətcə davam edəcək”. Tramp həmçinin bildirib ki, zərbələr nəticəsində bir çox iranlı lider həlak olub, lakin bütün detalları hələ bilmirlər.

Prezident əlavə edib: “Biz ona (İrana) ciddi zərbə endirəcəyik və onun fəaliyyətini tamamilə iflic edəcəyik. Məhz istədiyimiz budur.”