ABŞ prezidenti Donald Tramp İrana qarşı zərbələri danışıqlar zamanı dayandırıb-dayandırmayacağı ilə bağlı suala “bilmirəm” cavabını verib. ABŞ prezidenti bildirib ki, bu məsələni yalnız qarşı tərəf Vaşinqtonu qane edəcək addımlar atacağı təqdirdə nəzərdən keçirə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Tramp qeyd edib ki, “əgər onlar bizi qane edə bilsələr, bu məsələni nəzərdən keçirərəm”, lakin əlavə edib ki, “indiyədək bunu edə bilməyiblər”.
ABŞ prezidenti həmçinin İrana zərbələrin səbəbinin “çox sadə” olduğunu deyib. Onun sözlərinə görə, Tehran nüvə araşdırmalarını dayandırmağa hazır olmayıb və ABŞ rəsmiləri ilə əvvəlki danışıqlarda nüvə silahına malik olmayacaqlarını bəyan etməkdən imtina edib.
Sara












