Tramp quşu dron zənn etdi - Elə reaksiya verdi ki... - VİDEO

Tramp quşu dron zənn etdi - Elə reaksiya verdi ki... - VİDEO

ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı başının üzərindən uçan quşu dron zənn edərək səksənməsi maraqlı anların yaşanmasına səbəb olub. Hadisədən sonra ehtiyatlı davranan dövlət başçısı bu vəziyyəti texnoloji inkişafla izah edib.

NOCOMMENT.az xəbər verir ki, Tramp quşu drondan ayırd edə bilməməsini bu vasitələrin müxtəlifliyi ilə əlaqələndirib. "Elə bildim drondur. İndi onları hər cür ölçüdə istehsal edirlər. Və yəqin ki, eşitmisiniz, onlar çox dağıdıcı ola bilər", - deyə o bildirib.

Prezidentin bu sözləri müasir təhlükəsizlik çağırışlarına və pilotsuz uçuş aparatlarının hərbi potensialına işarə kimi qiymətləndirilib. Həmin anların görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.