TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

Zaqatalada ağır yol qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2199"un sürücüsü hadisə yerində ölüb.

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.\\lent.az

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü