Cəlilabadda transformatorun partlaması nəticəsində yanğın olub.
NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb. Kənd ərazisində transformatorda partlayış baş verib. Partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.












