Tramp Şaraa ilə görüşdü, hədiyyə verdi

Tramp Şaraa ilə görüşdü, hədiyyə verdi

Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampın ona hədiyyə verdiyini deyib.

NOCOMMENT.az xəbər verir ki, Suriya prezidenti bu barədə “Foks Nyus”a açıqlamasında məlumat verib.

Şaraa bildirib ki, Tramp ona üzərində MAGA yazılmış papaq verib.

Qeyd edək ki, MAGA papaqları Trampın rəsmi mağazasında 55 dollara satılır.