Tramp: “Tehranın planı ilə tanış olacağam, amma…”

Tramp: “Tehranın planı ilə tanış olacağam, amma…”

ABŞ Prezidenti Donald Tramp İranın müharibəni dayandırmaq üçün təqdim etdiyi sülh planı ilə yaxın vaxtlarda tanış olacağını bəyan edib. Bununla belə, Ağ Ev rəhbəri sənədin məzmunu ilə bağlı indidən pessimist mövqe nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə verdiyi açıqlamada İranın planını yaxın zamanda nəzərdən keçirəcəyini, lakin onun qəbul ediləcəyinə inanmadığını vurğulayıb:

“Yaxın gələcəkdə İranın bizə göndərdiyi planın nəzərdən keçirilməsinə başlayacağam. Lakin onun məqbul olacağını təsəvvür edə bilmirəm, çünki onlar son 47 il ərzində bəşəriyyətə və bütün dünyaya yaşatdıqları üçün hələ kifayət qədər yüksək bədəl ödəməyiblər. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!”

Xatırladaq ki, bundan əvvəl Tehran müharibənin tam şəkildə dayandırılması və Hörmüz boğazı üzərində yeni nəzarət qaydalarını ehtiva edən 14 bəndlik təklifini vasitəçi Pakistan vasitəsilə Vaşinqtona göndərmişdi. Trampın bu son açıqlaması ABŞ-ın sülh üçün daha sərt şərtlər və “hesablaşma” tələb edəcəyindən xəbər verir.

Sara,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun