Trampdan İrana sərt xəbərdarlıq: “Dəlilərin nüvə silahına sahib olması…” – VİDEO

Trampdan İrana sərt xəbərdarlıq: “Dəlilərin nüvə silahına sahib olması…” – VİDEO

ABŞ Prezidenti Donald Tramp İranın nüvə ambisiyaları və son hərbi gəlişmələr barədə kəskin bəyanatlarla çıxış edib. O, “dəlilərin nüvə silahını idarə etməsinə icazə vermək olmaz” deyərək, rəsmi Tehranın fəaliyyətlərinə qarşı barışmaz mövqeyini bir daha nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Ev rəhbəri İranın nüvə silahı yaratmağa cəmi iki həftə qaldığını vurğulayaraq, bu təhlükənin qarşısının alınmasının zəruriliyini qeyd edib.

Tramp həmçinin son əməliyyatların miqyasından danışaraq bildirib: “Bu gün bizim üçün çox böyük gün oldu. Biz heç kimin sıradan çıxarıla biləcəyinə inanmadığı hədəfləri məhv etdik”.

Prezident çıxışında hərbi mütəxəssislərin də rəyinə toxunub. Onun sözlərinə görə, nüfuzlu bir hərbi tarixçi bu gün ona müraciət edərək: “Heç kim sənin bu qədər qısa müddətdə bu qədər dağıntı törədə biləcəyini düşünməzdi”, – deyə qeyd edib. Bu açıqlamalar bölgədə gərginliyin pik həddə çatdığı bir vaxtda Vaşinqtonun qətiyyətli addımlarının davam edəcəyinə işarə kimi qiymətləndirilir.