Trampdan Obamaya ŞOK İTTİHAM: “Ukraynanı məcbur etdi ki…”

Trampdan Obamaya ŞOK İTTİHAM: “Ukraynanı məcbur etdi ki…”

ABŞ rəhbəri Donald Tramp keçmiş prezident Barak Obamanın Ukrayna hakimiyyətini Krım yarımadasından Rusiyanın xeyrinə imtina etməyə məcbur etdiyini iddia edib.

NOCOMMENT.az xəbər verir ki, D.Tramp bu barədə “Politico”ya verdiyi müsahibədə danışıb.

O, Krımın strateji və coğrafi baxımdan son dərəcə əlverişli mövqedə yerləşdiyini vurğulayaraq deyib:

“Mən bu xəritəyə hər baxanda deyirəm: “Ah, bu Krım nə qədər gözəldir!’ Hər tərəfdən dənizlə əhatə olunub. Əsas hissəyə çıxmaq üçün cəmi kiçik bir quru sahəsi var. Krım çox böyükdür, dörd tərəfdən ən isti sulardakı dənizlə əhatə olunub. Ən yaxşı iqlim, hər şeyin ən yaxşısı oradadır. Amma Obama onları Krımdan imtina etməyə məcbur etdi. Bu, belə oldu”.

Qeyd edək ki, Krım yarımadası Qara dənizin şimal hissəsində yerləşir, şimal-şərqdən isə Azov dənizi ilə əhatələnir. Trampın bu açıqlaması Ukrayna böhranı və Krımın statusu ətrafında müzakirələrin yenidən qızışmasına səbəb olub.