Trampdan Ukrayna ilə bağlı SENSASİON AÇIQLAMA: “Bu, son deyil!” – VİDEO

Trampdan Ukrayna ilə bağlı SENSASİON AÇIQLAMA: “Bu, son deyil!” – VİDEO

ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin həlli ilə bağlı Vaşinqtonun Kiyevə təqdim etdiyi sülh planının yekun variant olmadığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, jurnalistlər ona təklifin son versiya olub-olmadığını soruşduqda Tramp qısa şəkildə “Xeyr” cavabını verib.

Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton münaqişənin mümkün qədər tez dayandırılmasını istəyir:

“Biz sülhə nail olmaq istərdik və bu, çoxdan baş verməli idi. Biz bu və ya digər şəkildə buna son qoymağa çalışırıq.”

Trampın bu açıqlaması administrasiyanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu və təqdim edilən planın dəyişdirilə biləcəyini göstərir.