Noyabr ayında Türkiyə Rusiyanın Urals markalı xam neftinin idxalını əhəmiyyətli dərəcədə azaldıb.
NOCOMMENT.az xəbər verir ki, Reuters-in məlumatına görə, tədarüklər oktyabrla müqayisədə gündəlik 100 min barel azalaraq 200 min barelə düşüb.
Qeyd olunur ki, 2022-ci ildə Avropa bazarı bərpa olunduqdan sonra, Ankara Hindistandan sonra Rusiyanın ən iri neft alıcılarından biri idi.
Urals markalı neftin həcminin azalması fonunda Türkiyə alternativ neft növlərinin, xüsusilə Qazaxıstanın CPC Blend və İraqın Basra neftinin idxalını artırıb.
Reuters bildirir ki, yaxın gələcəkdə Türkiyə neft emalı zavodları Urals-ın bir hissəsini digər növlərlə əvəz edə bilər. Buna səbəb CPC Blend-in tədarükündə yaranan mümkün fasilələr və Kaspiy Boru Kəməri Konsorsiumunun terminalındakı əməliyyatlarla bağlı təchizat riskləridir.












