ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dekabrın 19-da Mayamidə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerovla, eləcə də Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik üzrə müşavirləri ilə danışıqlar aparacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
“Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri bu gün danışıqlar üçün Mayamiyə gələcəklər”, – məlumatda deyilir.












