ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun daha əvvəl istifadə etdiyi “Bombardier Global 7500” tipli təyyarə Rusiyanın hava məkanına daxil olub.
NOCOMMENT.az xəbər verir ki, Flightradar24 portalının məlumatına görə, təyyarə Mayamidən havaya qalxaraq Latviya üzərindən Rusiya sərhədini Moskva vaxtı ilə saat 12:50-də keçib.
Təyyarənin daha əvvəl Uitkoff tərəfindən istifadə edildiyi məlum olsa da, bu dəfə onun içində konkret kimlərin əyləşdiyi rəsmi şəkildə açıqlanmayıb.
Reuters qeyd edir ki, avqust ayında da Uitkoff eyni tip təyyarə ilə Moskvaya səfər etmişdi.












