Ukrayna MiQ-29 qırıcısı vuduldu: Şok detallar açıqlandı

Ukrayna MiQ-29 qırıcısı vuduldu: Şok detallar açıqlandı

Ukrayna Hərbi Hava Qüvvələri döyüş tapşırığını yerinə yetirərkən mühüm hərbi texnika itkisi ilə üzləşib.

NOCOMMENT.az xəbər verir ki, avqustun 10-da Odessa vilayətində hava hədəflərini məhv etmək məqsədilə uçuş həyata keçirən Ukraynaya məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarə düşmənin hava hədəflərini məhv etmək üçün aviasiya raketi buraxan zaman qeyri-ştat vəziyyət yaranıb. Nəticədə qırıq alovlanaraq idarəetməni itirib və qəzaya uğrayıb.

Xoşbəxtlikdən, təyyarənin pilotu vaxtında və uğurla katapult edərək xilas ola bilib. Hazırda baş verən qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.