XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

Zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə olunub, yaralananlara isə tezliklə sağalmaları arzulanıb.

“Bu çətin zamanda düşüncələrimiz Kolumbiya xalqı ilədir”, - paylaşımda qeyd olunub.