Ukraynanın yeni müdafiə naziri təyin olunub.
Ukrayna Ali Radası ikinci cəhddə Mixail Fedorovu ölkənin müdafiə naziri vəzifəsinə təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, onun təyinatı üçün 277 deputat səs verib, halbuki minimum tələb olunan səs sayı 266 idi.
Qeyd edək ki, bir gün əvvəl parlament Fedorovun təyinatını dəstəkləməmişdi.
2019-cu ildən etibarən Fedorov Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinə rəhbərlik edirdi. Təyinatdan əvvəl o, birinci baş nazir müavini, rəqəmsal transformasiya naziri vəzifəsindən azad olunmuşdu.
Yanvar ayının əvvəlində Prezident Vladimir Zelenski ona Müdafiə Nazirliyinə keçməyi təklif etmişdi. Müdafiə naziri vəzifəsini icra edən Denis Şmıqal isə birinci baş nazir müavini və Energetika naziri postlarına namizəd göstərilib.
Sara
NOCOMMENT.az












