Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, iyulun 21-i saat 19 radələrində Seyidli kəndinin ərazisində dənizdə boğulmuş Arzu Xalidovanın meyiti iyulun 22-si sudan çıxarılıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.