"Qalatasaray"ın imkansız hədəfi real ola bilər

"Qalatasaray"ın imkansız hədəfi real ola bilər

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Türkiyədə davam etdirə bilər.

NOCOMMENT.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu yay "Qalatasaray"a keçməyə razılıq verib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İngiltərə təmsilçisi 31 yaşlı ulduz futbolçu üçün 64 milyon funt-sterlinq tələb edir. Lakin Premyer Liqadan kənar istənilən klub Fernandeşin müqaviləsindəki 56 milyon funt-sterlinqlik xitam məbləğini ödəyərək bu transferi bitirə bilər.