Yermakın evində aparılan axtarışlarda bir neçə telefon və noutbuk götürüldü

Yermakın evində aparılan axtarışlarda bir neçə telefon və noutbuk götürüldü

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın evində aparılan axtarışlar zamanı hüquq-mühafizə orqanları bir neçə mobil telefon və noutbuk ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Ukrayinska pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, götürülən qurğuların tərkibi hazırda araşdırılır və ekspertiza tərəfindən öyrənilir.

Mənbələr həmçinin daha əvvəl yayılan məlumatları — guya axtarışların Yermakın iş kabinetində aparıldığı iddialarını təkzib edib. Məlumat verən şəxsin sözlərinə görə, istintaq hərəkətləri yalnız Yermakın ev ünvanında həyata keçirilib.