Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu

Rusiya Federasiyasının Kamçatka yarımadasında 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 59,3 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Kamçatka diyarının inzibati mərkəzi olan Petropavlovsk-Kamçatski şəhərindən 334 kilometr aralıda qeydə alınıb.


Dağıntı və xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.