Ərdoğandan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan razılaşması ilə bağlı AÇIQLAMA

Ərdoğandan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan razılaşması ilə bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan yeni sazişlə bağlı bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə lideri bu razılaşmanın strateji əhəmiyyətini vurğulayıb:

"Ümumi təhlükəsizliyin qorunması prinsipinə əsaslanan bu saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə, eləcə də terrorizmə qarşı mübarizəyə mühüm töhfə verəcək. Sözügedən saziş heç bir ölkəyə qarşı yönəlməyib. O, həmçinin bölgəmizdə sülhün, rifahın və sabitliyin təşviqi məqsədini bölüşən qardaş dövlətlərin qoşulması üçün də açıqdır", – deyə Türkiyə Prezidenti bildirib.