Zelenski Belarus üçün müddət qoydu: "Dərhal sökün"

Zelenski Belarus üçün müddət qoydu: "Dərhal sökün"

Ukrayna Prezidenti Volodimir Zelenski özünün axşam müraciətində Belarus hakimiyyətinə qarşı ciddi ittihamlarla çıxış edib. O, Belarus ərazisində Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasına yardım edən avadanlıqların yerləşdirildiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski Ukrayna kəşfiyyatının Belarusun Qomel və Brest vilayətlərində dörd belə ötürücü (retranslyator) aşkar etdiyini açıqlayıb. Prezident iddia edir ki, həmin avadanlıqlar Jıtomir, Rovno və Volın vilayətlərinə, eləcə də Ukraynanın enerji və dəmir yolu infrastrukturuna edilən hücumlarda istifadə olunub.

Ukrayna lideri Belarus rəhbərliyinə konkret xəbərdarlıq edib: "Belarusun bu avadanlıqları söküb çıxarmaq üçün hələ vaxtı var".

Zelenski, həmçinin Belarus müəssisələrinin Rusiyanı silah komponentləri və yanacaqla təmin etdiyini vurğulayıb. Rəsmi statistikaya istinad edən prezident bildirib ki, cari ilin yanvar-may aylarında Belarusdan Rusiyaya benzin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə, dizel yanacağı isə 3 dəfə artıb.

"Bu, Rusiyaya təzyiqlərə uyğunlaşmağa kömək edir və sülhü yaxınlaşdırmır", - deyə Zelenski vurğulayıb. O əlavə edib ki, Kiyev Belarus rəhbərliyini ölkənin müharibəyə daha çox cəlb olunmasının yaradacağı mümkün nəticələr barədə xəbərdar edib.

Əli Səfərli

NOCOMMENT.az