Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə etdi

Zelenski Brüsseldə Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə NATO-nun baş katibi Mark Rutte, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşüb. Görüş zamanı Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsi müzakirə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkədə məlumat verib.

O bildirib ki, qarşı tərəfi Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla başa çatdırılması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

“Amerikalı tərəfdaşlarımızla sülhün əldə olunması, təhlükəsizlik zəmanətləri və dayanıqlığımızın gücləndirilməsi istiqamətində işimizi ətraflı müzakirə etdik. Həmçinin PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsünü və reparasiya kreditini də nəzərdən keçirdik. Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşür. Koordinasiyalı və konstruktiv şəkildə hərəkət edirik”, – deyə Zelenski vurğulayıb.

Antoniu Koşta isə Avropanın Ukraynada ədalətli və davamlı sülhün əldə olunması üçün səylərə dəstəyini davam etdirəcəyini bildirib.