Zelenski Hakan Fidanı ordenlə təltif etdi

Zelenski Hakan Fidanı ordenlə təltif etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya rəsmi səfəri çərçivəsində dövlət başçısı Volodimir Zelenski ilə bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Prezident Zelenski türkiyəli naziri Ukraynanın II dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.

Qeyd edək ki, sözügedən orden dövlət idarəçiliyi, diplomatiya, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə xüsusi xidmətləri olan yerli və xarici dövlət nümayəndələrinə, eləcə də ölkə vətəndaşlarına verilən ali dövlət təltifidir.