Zelenski həmin ordeni geri qaytardı və görün nə dedi - FOTO

Zelenski həmin ordeni geri qaytardı və görün nə dedi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ona təqdim olunan "Ağ Qartal" ordenini Polşa Prezidenti Karol Navrokkiyə geri göndərib. Buna səbəb Polşa liderinin Zelenskini ölkənin bu ən ali dövlət mükafatından məhrum etmək barədə qərarı olub.

NOCOMMENT.az xəbər verir ki, Zelenski ordenin fotosunu və onun geri göndərilməsinə dair poçt qaiməsini özünün "Telegram" kanalında paylaşıb.

Ukrayna lideri qərarını izah edərkən Polşa Prezidentinin "Ağ Qartal" ordeninin sadəcə bir mükafat deyil, Polşaya olan yüksək etimadın və xalqın xüsusi minnətdarlığının simvolu olması ilə bağlı fikirlərinə toxunub:

"Əgər hesab edilirsə ki, bu xüsusi simvol İrina II, Benito Mussolini və Gerhard Şröderdə qala bilər, o zaman biz Ukraynada bununla mübahisə etməyəcəyik".

Zelenski Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində Polşa xalqının göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib. O, dövlətlər və xalqlar arasında əməkdaşlığın regionun təhlükəsizliyi üçün əsas zəmanət olduğunu vurğulayıb:

"Biz hesab edirdik ki, 2023-cü ildə "Ağ Qartal" ordeni bilavasitə Ukrayna xalqına və ordumuza ünvanlanıb. O vaxt belə deyilmişdi. Bu gün isə mən bu ordeni cənab Prezidentə geri göndərdim".

Zelenski Ukraynanın özünü müdafiə etməyə davam edəcəyini və sonda "layiqli sülhə" nail olacaqlarını əlavə edib.

Əli Səfərli

NOCOMMENT.az