Dünyada ilk! Parisdə skuter qadağan edildibackend

Dünyada ilk! Parisdə skuter qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü Fransanın paytaxtında keçirilən referendumda elektron skuterlərin qadağan edilməsini istəyənlərin nisbəti yüzdə 90 olub.

NOCOMMENT.az xəbər verir ki, referendum Fransanın paytaxtında elektron skuterlərdən yaralanan və ölənlərin sayının artması səbəbi ilə keçirilib.

Rəsmi rəqəmlərə görə, şəhərin seçici siyahısında olan 1,38 milyon insandan 103 mindən bir qədər çoxu səs verib.

Bunlardan 91.300-dən çoxu elektron skuterlərin qadağan edilməsini istəyib.

Xatıqladaq ki, Paris elektrikli nəqliyyat vasitələrini qəbul edən ilk şəhərlərdən biri idi, lakin qarşı çıxanlar onların xeyirdən çox zərər verdiyini iddia edirlər.

Bəzi insanların elektron skuterləri nəqliyyat yolunda, səkilərdə piyadalar arasında 27 km/saat sürətlə istifadə etməsi narahatlıq doğururdu.

Sürücülərin çox vaxt dəbilqə taxmadıqları və 12 yaşlı uşaqların qanuni olaraq elektron skuterləri icarəyə götürdükləri bildirilib.

NOCOMMENT.AZ