Dünyanın ən böyük böyrək daşı çıxarıldıbackend

Dünyanın ən böyük böyrək daşı çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şri-Lankanın paytaxtı Kolomboda bir xəstədən dünyanın ən böyük və ən ağır böyrək daşı götürülüb.

NOCOMMENT.az xəbər verir ki, böyrək daşları “dünyanın ən böyük” və “dünyanın ən ağır böyrək daşı” olmaqla iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil olub.

Şri-Lankada 62 yaşlı istefada olan hərbçi Kanistus Kunge qarın ağrısı səbəbindən Kolombo Hərbi Xəstəxanasına gedib. Böyrəyində daş aşkarlanan Kunge iyunun 1-də əməliyyat olunub.

Əməliyyatda həkimlər Kungenin böyrəyindən uzunluğu 13,3 santimetr, eni 10,5 santimetr və çəkisi 801 qram olan daş çıxarıblar.

NOCOMMENT.AZ