Dünyanın ən yaşlı qadını dünyasını dəyişdibackend

Dünyanın ən yaşlı qadını dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən illərdə uzun ömrün sirrinin yabanı ispanaq və təzə süd olduğunu bildirən, dünyanın ən yaşlı qadını hesab edilən Yohanna Mazibuko vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, 7 uşaq anasının 129 yaşında Cənubi Afrikanın Şimal-Qərb əyalətində evində dünyasını dəyişdiyi bildirilib.

50-yə yaxın nəvəsi və nəticəsi olan qadının insultdan öldüyü bildirilir.

Xatırladaq ki, Mazibukonun dünyanın ən yaşlı qadını olması faktı rəsmi olaraq təsdiqlənməyib.

NOCOMMENT.AZ