Dünyanın ən yaxşı ekranına malik smartfonun adı açıqlanıbbackend

Dünyanın ən yaxşı ekranına malik smartfonun adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,DxOMark mütəxəssisləri yeni flaqman smartfonlar sayılan Google Pixel 8 və 8 Pro-nun displeyləri ilə bağlı öz qiymətləndirmələrini dərc ediblər. Hər iki model əla nəticələr göstərdi və bütün sınaqdan keçirilmiş qurğular siyahısında Samsung, Apple və Xiaomi kimi rəqiblərini qabaqlayaraq birinci yeri tutdu.

DxOMark-ın məlumatına görə, hər iki ekran əla rəng reproduksiyasına, müxtəlif işıqlandırma şəraitində yaxşı oxunma qabiliyyətinə, yüksək keyfiyyətli HDR10 video emalına, həmçinin yüksək hamarlığa və cavab reaksiyasına malikdir.