Əflatun Amaşov bu qəzetə baş redaktor təyin edilibbackend

Əflatun Amaşov bu qəzetə baş redaktor təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyətidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-ci ildən Mətbuat Şurası İdarə Heyətinin sədridir. V çağırış Milli Məclisin deputatı olub.