Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıbbackend

Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb.

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilib.