Əli Həsənova görə Türkiyəyə zəng edildi:  Qandallı Bakıya gətiriləcək?backend

Əli Həsənova görə Türkiyəyə zəng edildi: Qandallı Bakıya gətiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, keçmiş dostlarının ifadələri əsasında Respublika Prokurorluğunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənova Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələrilə cinayət işi açıblar”.

NOCOMMENT pravda.az-a istinadən xəbər verir ki, bunu jurnalist Fikrət Hüseyinli qeyd edib.

O bildirib ki, Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə yaradılıb, onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib: “Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə çalışsa, haqqında beynəlxalq axtarış elan ediləcək. Qolu qandallı Azərbaycana gətiriləcək”.