Elmar Qasımovdan daha bir QALMAQAL – Bu dəfə manatı aşağıladı – VİDEObackend

Elmar Qasımovdan daha bir QALMAQAL – Bu dəfə manatı aşağıladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçusu, milli komandamızın keçmiş üzvü Elmar Qasımov qalmaqallarını davam etdiirir.

Bir müddət əvvəl balkondan küçəyə pul səpələyən və bunu videoya çəkərək sosial media hesabından paylaşan idmançı ötən gün əlindəki bir dəstə ABŞ dolları ilə avtomobildə özünü yelləyərək yenə video yaymışdı.

NOCOMMENT.az xəbər verir ki, tanınmış cüdoçu bu dəfə yenə “pullu paylaşım”la gündəmə gəlib. Əvvəlcə ABŞ dollarını “blender” aparatında doğramağa çalışan Elmar Qasımov daha sonra Azərbaycan manatını suyun altında yuyub.

Qeyd edək ki, son zamanlardakı zəif çıxışı və intizamsızlığı səbəbindən milli komandadan uzaqlaşdırılan Elmar Qasımov millinin Olimpiadaya gedəcək heyətində də yer almayıb./Fanat.az