Cinsi istismar maddələri ilə təqsirləndirilən amerikalı milyarder Cefri Epşteynin məhkəmə prosesinə dair açıqlanan gizli sənədlər hazırda dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.
NOCOMMENT.az azpolitika.info-ya istinadən xəbər verir ki, söhbət bir vaxtlar “Epşteyn” adasında yaşanan ağlasığmaz olaylardan gedir. Məhkəmə sənədlərinə görə, bir vaxtlar həmin adaya tanınmış iş adamları, müğənnilər, ziyalılar, hətta ABŞ-nin sabiq ölkə başçıları belə səfər edib. Daha dəqiq desək, adaya səfər edənlər arasında – ABŞ-nin sabiq Prezidentləri Bill Klinton və Donald Tramp, iş adamı Bill Qeyts, alim Stiven Hokinq, İsrailin keçmiş Baş naziri Ehud Barak, dünya şöhrətli müğənni Maykl Cekson kimi adlar var. Məhkəmə hələlik siyahıda olan yüzdən çox şəxsin konkret olaraq adanı hansı məqsədlə tez-tez ziyarət etdiyini açıqlamayıb. Lakin tanınmış KİV-lər məhkəmənin əlində adıçəkilən şəxslərə dair 18+ məzmunlu videogörüntülərin olduğunu iddia edir.
Qeyd edək ki, Cefri Epşteynin bu adasında müxtəlif leqal olmayan xidmətlər (satanizmə məxsus dini ritual kimi qəbul olunan insanları və uşaqları şeytana qurban etmə mərasimləri, azyaşlılara qarşı cinsi zorakılıqlar) təşkil olunub. Cefri Epşteyn sözügedən maddələr üzrə təqsirləndirilərək həbs edilsə də, o, 2019-cu ildə həbsxanada intihar edib. Cefrinin müəmmalı intiharından sonra isə məhkəmə ortaya sözügedən dəhşətli faktları çıxarıb.
Hər halda, bu nəzəriyyələr Epşteynin cinayət əməllərini gizlətmək üçün xüsusi bir quruluş qurduğunu və strukturun dizaynına bu fəaliyyətlərlə bağlı bir sıra aşkar ipuçlarını daxil etdiyini deməyə əsas verir.
Qeyd olunur ki, Epşteyn yəhudidir və ola bilsin ki, o, burada öz şəxsi sinaqoqunu yratmaq istəyib.