Ərdoğan: Gənc qardaşlarımın dəstəyinə GÜVƏNİRƏMbackend

Ərdoğan: Gənc qardaşlarımın dəstəyinə GÜVƏNİRƏM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 28-də keçiriləcək seçkilərdə gənclərin dəstəyinə güvəndiyini ifadə edən prezident Ərdoğan, “Tarixi şanlı zəfərlərlə dolu olan bu milləti çağdaş sivilizasiyaların səviyyəsinə sizlər daşıyacaqsınız” deyə açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan bu barədə sosial media hesabında mayın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı paylaşımında qeyd edib.

“Mayın 14-də öz iradənizi müdafiə etdiyinizə, seçki qutularında öz seçiminizi sərbəst şəkildə əks etdirdiyinizə və demokratiyamızı dəstəklədiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Dünya gənclərinə örnək olan münasibətinizlə millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız.

Tarixi şanlı qələbələrlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən yüksəklərə siz daşıyacaqsınız. Xahiş edirəm heç kimin sizinlə xəyallarınızın arasına girməsinə, sizi qorxutmasına və ya sizə öz zəhərini vurmasına icazə verməyin.” deyə Ərdoğan

NOCOMMENT.AZ