Ərdoğan İstanbul sazişindən DANIŞDIbackend

Ərdoğan İstanbul sazişindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bu sazişlə dünyada aclıq təhlükəsinin qarşısının alınmasına töhfə vermiş olacağıq.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və BMT nümayəndələri arasında taxıl ixracına dair sazişin imzalanması ilə bağlı danışarkən deyib.

“Cənab Putin və cənab Zelenskiyə təşəkkür edirəm. Təəssüf ki, 4 ay əvvəlki İstanbul görüşündən sonra savaş daha da gərginləşdi. Əvvəldən bəri deyirik ki, müharibənin qalibi olmayacaq. Müharibə bütün bəşəriyyətə mənfi təsir göstərir. Günahsızların ölümü bahasına başa gələn müharibənin dayanmasını istəyirik. Bugünkü razılığın sülhə töhfə verməsini arzu edirəm”, – Ərdoğan qeyd edib.