Ərəb ölkələri BMT-dən İsrail və Qəzzanı atəşkəsə məcbur etməyi tələb ediblərbackend

Ərəb ölkələri BMT-dən İsrail və Qəzzanı atəşkəsə məcbur etməyi tələb ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Doqquz ərəb ölkəsinin xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından İsrail və Qəzza zolağından dərhal atəşkəs öhdəliyini tələb ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

Misir, İordaniya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt və Mərakeş xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.

“Biz Təhlükəsizlik Şurasından tərəfləri dərhal və daimi olaraq atəşi dayandırmağa məcbur etməyi tələb edirik”, – bəyanatda deyilir.

Nazirlər həmçinin “Fələstin problemini fələstinlilər və regionun digər xalqları hesabına aradan qaldırmaq və Fələstin xalqını öz torpaqlarından kənarda sıxışdırmaq cəhdini” rədd etdiklərini bildiriblər.