Erməni futbolçu Bakıya gəlir?backend

Erməni futbolçu Bakıya gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Nant” klubunun erməni əsilli futbolçusu Qor Manvelyan “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarından birini buraxacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Ermənistanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı yarımmüdafiəçi “köhlən atlar”la oyun üçün Azərbaycana gəlməyəcək.

Qeyd edək ki, Qor Manvelyan Fransanın U-17 və U-19 yığmalarında çıxış edib.